Həkim və tibb bacılarına şad xəbər: Maaşlar artır
04.01.2023 12:37
865
Sağlamlıq
A
Həkim və tibb bacılarına şad xəbər: Maaşlar artır

2023-cü il yanvarın 1-dən həkim və tibb bacıları üçün minimum saatlıq əmək haqqı müəyyən ediləcək. 

Aktual.ge xəbər verir ki, hökumətin qərarına əsasən, həkimlərin minimum əmək haqqı saatda 7 lari (ayda ən azı 1260 lari), tibb bacılarının isə saatda 4,4 lari (ayda ən azı 792 lari) müəyyən edilib.

Bildirilir ki, qeyd olunan əmək haqqı məbləği minimum hədddir və sabit deyil. Qayda universal səhiyyə proqramına daxil olan bütün qurumlara şamil edilir. Qərar yanvar ayından qüvvəyə minəcək.

İslahat nəticəsində stasionar komponenti olan universal səhiyyə proqramına cəlb edilən bütün klinikalar Səhiyyə Nazirliyinin təqdim etdiyi minimum həddi nəzərə almaqla həkim və tibb bacılarının əmək haqqını müəyyən etməyə məcbur olacaqlar. Yeni reqlamentə əsasən, maaş artımı 9 minə qədər həkim və 8 mindən çox tibb bacısını əhatə edəcək.

Həkim və tibb bacılarının minimum əməkhaqqı limiti növbəti illərdə mərhələli şəkildə artırılacaq. 2025-ci ilə qədər həkimin minimum saatlıq maaşı 9 lari, tibb bacısınınki isə 5,6 lari olacaq.

 

ŞƏRH YAZ
4