Bu gün, 7 yanvar Gürcüstanda İsə Peyğəmbərin (ə) mövlud günü - Milad bayramı qeyd olunur.
Aktual.ge xəbər verir ki, bayramla gürcü xalqı evlərində süfrələr açıb, ötən axşam saat 23:00-dən başlayaraq pravoslav məbədlərində bayram mərasimi keçirilir, müxtəlif ayinlər icra olunur.
Tbilisidəki Patriarxal Katedralində təntənəli mərasimdən əvvəl Gürcüstan Pravoslav Kilsəsinin arxdeakonu Demetri (Davitaşvili) kilsəyə toplaşan camaata Gürcüstan Patriarxının Milad məktubunu təqdim edib.
Bütün Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu və Bişvinti və Tsxum-Abxaziya mitropoliti, II İliya Sinodun üzvləri və baş kahinlərlə birlikdə Milad liturgiyasında iştirak ediblər.
Patriarx II İliya bayram münasibətilə ölkə və dünya xristiyanlarını təbrik edib.
Pravoslav xristianlarının Milad bayramı bu gün “Alilo” adlı bayram yürüşü ilə davam edəcək.