Marneulidə
07.01.2023 20:59
907
Din
A
Marneulidə "Alilo" yürüşü baş tutub - FOTO/VİDEO

Marneulidə Milad bayramı münasibətilə "Alilo" yürüşü keçirilib.

Aktual.ge məlumat verir ki, Marneulinin mərkəzində yerləşən Davit Ağmaşenebeli Kilsəsində dini ayinin oxunması ilə başlayan yürüşə Marneuli və Hujab Yeparxiyasının yepiskopu Qiorqi Jamdeliani rəhbərlik edib.

Yürüşdə yerli və ətraf sakinlərdə daxil olmaqla Kvemi Kartli qubernatoru Giorgi Doxturişvili, Parlamentin üzvü Zaur Darğallı, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorgadze, din xadimləri, Kilsə nümayəndələri və meriyanın əməkdaşları iştirak edib.

Dini şüarlar səsləndirilərək davam edən yürüş Marneuli Meriyasının qarşısında başa çatıb və burada Marneuli meri Kənan Ömərov yürüş iştirakçılarını qarşılayıb. Meriyanın təşəbbüsü ilə müxtəlif hədiyyələr təqdim edilib hansı ki, sosial cəhətdən həssas ailələrə veriləcək.

ŞƏRH YAZ
7