19.01.2023 13:43
383
Siyasət
A
"Rusiya Gürcüstana uçuşları bərpa etsə ölkəmiz üçün xeyirli ola bilər" - Kaladze

"Rusiya Gürcüstana birbaşa aviareysləri bərpa etmək qərarına gəlsə, burada pis heçnə görmürəm".

Aktual.ge xəbər verir ki, bunu “Gürcü Arzusu”nun baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.

Onun fikrincə, sözügedən qərarın qəbulu hətta Gürcüstan üçün də faydalı ola bilər.

“Bilirsiniz ki, uçuşlar birtərəfli məhdudlaşdırılıb. Gürcüstana sanksiya tətbiq olundu. Əgər bu qərar onların tərəfindədirsə, mən bunda pis heçnə görmürəm. Əksinə, ölkəmiz üçün xeyirli ola bilər. O baxımdan yaxşı olardı ki, Rusiyada bir milyona qədər soydaşımız yaşayır və birbaşa uçuşlar hətta insanların gediş-gəlişinə kömək edəcək”, - Kaxa Kaladze qeyd edib.

Məlumat üçün bildirək ki, oxşar açıqlama ilə ötən axşam hakim partiyanın sədri İrakli Kobaxidzedə çıxış edib.

ŞƏRH YAZ
20