Əslən Dmanisidən olan kriminal avtoritetin SAXLANILMA GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
20.01.2023 00:00
12566
Siyasət
A
Əslən Dmanisidən olan kriminal avtoritetin SAXLANILMA GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Xəbər verdiyimiz kimi, 5 yanvar tarixində Gürcüstan vətəndaşı, əslən Dmanisinin Məmişli kəndindən olan kriminal avtoritet Polad Ömərov Praqada xüsusi əməliyyatla saxlanılıb.

Aktual.ge xəbər verir ki, kriminal avtoritetin gözaltına alınması ilə bağlı Çexiya Respublikasının Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb və onun saxlanılma anının görüntülərini ictimailəşdirib.

Çexiya DİN-nin rəsmi saytında verilən məlumata görə, Polad Ömərovun saxlanılma sərəncamı Amerika Birləşmiş Ştatları tərəfindən verilib.

" "Vor v zakon" adlandırılan şəxs ABŞ-da xüsusilə ağır zorakı cinayətlər törətməkdə şübhəli bilinir. Saxlanılan şəxs rusdilli mühitdə tanınmış kriminal avtoritetlər sırasındadır. Hazırda həmin şəxs (Praqada -Red.) ekstradisiya təcridxanasındadır və onun ABŞ-a ekstradisiyası üçün ekstradisiya prosesi qərarlaşana qədər orada qalacaq.

Kriminal avtoritetin saxlanılması ilə əlaqədar paytaxt Praqanın ərazisində bir evdə axtarış aparılıb. Saxlanılan yerdə onun Gürcüstan vətəndaşı olan yandaşı da olub və o, da gözaltına alınıb. Çexiya ərazisində aparılan cinayət işlərinin icraatına Praqa şəhər prokurorluğu nəzarət edir" , - deyilən məlumatda əlavə edilib ki, kriminal avtoritetin saxlanılmasında xarici tərəfdaşlarla sıx əməkdaşlıq edilib.

Xatırladaq ki, Polad Ömərovu bir sıra cinayətlərdə Gürcüstanda daxil olmaqla, ABŞ, Çexiya, Bolqarıstan, Qazaxıstan və Ukrayna ittiham edir.

ŞƏRH YAZ
10