GAK tərəfindən 20 Yanvar şəhidi Vəfar Eminovun ailəsi ziyarət olunub - FOTO
20.01.2023 19:12
492
Mədəniyyət
A
GAK tərəfindən 20 Yanvar şəhidi Vəfar Eminovun ailəsi ziyarət olunub - FOTO

Bu gün, 20 Yanvar Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov və Konrqresin əməkdaşları Marneulinin Muğanlı kəndindən olan 20 Yanvar şəhidi Vəfadar Eminovun ailəsini ziyarət edib.

Aktual.ge xəbər verir ki, ictimai xadimlərlə yanaşı kəndin axundu şəhidlərin ruhu üçün dualar oxuyub.

Burada çıxış edən Hüseyn Yusubov Azərbaycanın uğrunda şəhid olmuş qəhrəman eloğluların adlarının əbədiləşdirilməsinin, onların haqqında böyük həcmli əsərlərin yazılmasının vaxtının çoxdan çatdığını ifadə edib. O, çıxışının sonunda şəhid Vəfadar Eminovun bütün Türk dünyasının Fəxri olduğunu qeyd edib.

Daha sonra ziyarətçilər şəhid Vəfar Eminovun üçün açılmış ehsan süfrəsində iştirak ediblər.

Sonda Şəhidin qardaşı Etibar Eminov ziyarət iştirakçılarına ailəsi adından öz təşəkkürünü bildirib. 

ŞƏRH YAZ
2