Kateqoriyalar
Bu gün Dmanisi Tədris Mərkəzində 20 yanvar şəhidlərini "Qürurla anırıq" adlı anım mərasimi keçirilib.
Aktual.ge məlumat verir ki, Dmanisi ictimai məktəbində baş tutan mərasimdə müəllimlər şagirdələrə Qanlı 20 Yanvar faciə barədə məlumat veriblər.
Şagirdlər şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər, azadlıq uğurunda canından keçən, qanı ilə tarix yazan şəhidlərin ruhuna xoş sözlər və şeirlər deyiblər.
Anım mərasimində layihə rəhbəri Kamran Xıdırov "Oxşar talelər oxşar ssenari adlı" çıxışla 20 Yanvar Azərbaycan azadlığı və 9 Aprel Gürcüstan azadlığı haqda şagirdlərə məlumat verib.