Marneulidə
24.01.2023 15:37
370
İqtisadiyyat
A
Marneulidə "Kəndlərə dəstək" proqramı üçün milyondan çox vəsait ayrıldı

Marneuli meri Kənan Ömərov “Kənd Dəstəyi” proqramı ilə bağlı bələdiyyə sədrinin inzibati ərazi vahidlərindəki nümayəndələri ilə işgüzar görüş keçirib.

Aktual.ge xəbər verir ki, bu barədə Marneuli Meriyası məlumat yayıb.

Məlumata əsasən, görüşdə sözügedən proqram çərçivəsində həyata keçiriləcək hazırlıq işləri müzakirə olunub.

“Marneuli Bələdiyyəsi merinin B32.32230169 saylı sərəncamı əsasında proqram çərçivəsində maliyyələşdiriləcək layihələrin seçilməsi və ümumi yığıncaq/məsləhətləşmələrin keçirilməsi məqsədilə işçi qruplar yaradılıb.

İclasda Marneuli merinin birinci müavini Roin Dekanoidze, mer müavini Zurab Panqani və meriyanın struktur bölmələrinin rəhbərləri iştirak ediblər", - məlumatda deyilir.

Bildirilib ki, "Kəndlərə dəstək" proqramı çərçivəsində kəndlərdə görüşlər fevralın 1-dən başlayacaq və əhali yaşayış məntəqələrinə uyğun olaraq maliyyələşdiriləcək layihələri müəyyənləşdirəcək.

2023-cü ildə Marneuli bələdiyyəsində “Kəndlərə dəstək” proqramına 1 milyon 232 min lari ayrılıb.

 

ŞƏRH YAZ
6