İki ölkə arasında vəziyyət gərginləşdi - Dünya yeni müharibənin astanasındadır
25.01.2023 00:47
1205
Dünya
A
İki ölkə arasında vəziyyət gərginləşdi - Dünya yeni müharibənin astanasındadır

Ruanda ordusu hava məkanını 3 dəfə pozan Konqo Demokratik Respublikasına məxsus döyüş təyyarəsini vurub. Mövzu ilə bağlı rəsmi açıqlama verilməsə də, iki Afrika ölkəsi müharibə həddinə çatıb.

Aktual.ge xəbər verir ki, bu barədə xarici medialar məlumat yayıb.

Ölkə mətbuatında yer alan xəbərə görə, ötən gün yerli vaxtla saat 17:03-də Konqo Demokratik Respublikasına məxsus “Sukhoi-25” tipli döyüş təyyarəsi Ruandanın hava məkanını 3 dəfə pozub. Bu anda Ruanda ordusu tərəfindən açılan atəş nəticəsində güllələrə tuş gələn təyyarə Konqo Demokratik Respublikasının Qoma şəhərinə məcburi eniş edib. Təyyarədə baş verən yanğın hava limanının yanğınsöndürənləri tərəfindən söndürülüb. Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Məlumat üçün bildirək ki, yanvarın 19-da Ruanda Konqo Demokratik Respublikasını əcnəbi muzdluları cəlb etməklə müharibəyə hazırlaşmaqda ittiham edib. Konqo Demokratik Respublikası Ruandanı ölkəsinin şərqində hücumlar həyata keçirən 23 Mart Hərəkatına (M23) dəstək verməkdə ittiham edir.

ŞƏRH YAZ
11