İranın bir sıra şəhərlərinə hərbi hücum olub - VİDEO
29.01.2023 09:40
1045
Dünya
A
İranın bir sıra şəhərlərinə hərbi hücum olub - VİDEO

İranın müxtəlif bölgələrində hava hücumunun olduğu bildirilir.

Aktual.ge xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə yayılıb.

Sosial şəbəkə istifadəçiləri ölkənin paytaxtı Tehran başda olmaqla Rəşt, Təbriz, İsfahan və digər şəhərlərindən hava partlayışların əks olunduğu videolar paylaşırlar. Videogörüntülərdə hava hücumunda müdafiə sistemlərinin, həmçinin atışmaların səsləri eşidilir. Ölkənin bir sıra şəhərlərində hava həyəcanı siqnalı verilir.

İran Müdafiə Nazirliyi İsfahanda quruma aid olan zavodda partlayışın “uğursuz dron hücumu” ilə əlaqələndirsə də, ölkənin digər şəhərlərindəki olaylar barədə hələlik açıqlama verməyib. Eyni zamanda bu ölkənin Müdafiə Nazirliyi bildirib ki, bu uğursuz hücumda insan tələfatı olmayıb və emalatxananın damına cüzi ziyan dəyib.

Eyni zamanda, “Al Arabiya” nəşri İsrail KİV-ə istinadən bildirib ki, İsrail İran daxilində əməliyyat keçirir. Bununla belə, ölkə rəsmiləri İranda baş verən hadisələrə münasibət bildirməyiblər.

Qeyd edək ki, hadisələr İsrailin Baş naziri Benyamin Netanyahunun bəyanatından bir gün keçməmiş baş verib.

ŞƏRH YAZ
8