Azərbaycan şəhidini ölkəyə gətirdi - Duyğulu anlar (VİDEO)
30.01.2023 01:05
444
Dünya
A
Azərbaycan şəhidini ölkəyə gətirdi - Duyğulu anlar (VİDEO)

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi başa çatıb.

Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"29 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının, onların ailə üzvlərinin, səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində yaralanmış həmkarlarımızın təxliyəsi başa çatıb. Allah şəhidimiz Orxan Əsgərova rəhmət eləsin!", - XİN-in tviterdəki paylaşımında bildirilir.

Bundan əlavə Bakıdakı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Orxan Əsgərovun nəşinin gətirilməsi zamanı mərhumun yaxınlarının duyğulu anları kameraların obiyektivində əks olunub.

Xatırladaq ki, yanvarın 27-də Tbilisi vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

ŞƏRH YAZ
4