Azərbaycanda Məscidlərə ianələr elektron şəkildə toplanacaq
30.01.2023 21:28
424
Dünya
A
Azərbaycanda Məscidlərə ianələr elektron şəkildə toplanacaq

“Hazırda məscidlərdə ianələrin elektron şəkildə toplanması, sərf olunması ilə əlaqədar yeni qaydalar üzərində iş gedir. Həmin qaydalar hazırlanıb yekunlaşanda aidiyyəti üzrə göndərilərək təsdiq olunacaq”.

Aktual.ge xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məlumat verib.

O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən ziyarətgahların sayı çoxdur:

“Lakin ölkədə aparıcı və xalqımızın inandığı, daha çox getdiyi ziyarət yerləri var ki, ora ianələr verilir. Bu cür ianələrin toplanması, sərf olunması ilə əlaqədar yeni qaydalar üzərində iş gedir. Həmin qaydalar yekunlaşdıqdan sonra rəsmi şəkildə təsdiq olunacaq. Bundan sonra toplanan ianələrin müxtəlif ziyarətgahların özünün sərəncamında qalması, lakin qalan ianənin bütövlükdə sərf olunması ilə bağlı müvafiq qurumlarla birgə həyata keçirilməsi nəzərdə tutulur.

Ziyarətgah toplanan məbləğin hansı istiqamətlərə xərcləndiyini şəffaf şəkildə elan edəcək. İanə verən də vəsaitin hara sərf edilməsini ziyarətgahın internet səhifəsindən izləyə biləcək. Hazırda layihə müzakirə olunur. Müzakirələrdə Dövlət Komitəsi ilə yanaşı Qafqaz Müsəlmanları İdarəsinin mütəxəssisləri də iştirak edir”, - deyə Komitə sədri Report-a deyib.

ŞƏRH YAZ
5