Marneulidə bankların qarşısında niyə polis maşını dayanır? - VİDEO
01.02.2023 12:09
3285
Kriminal
A
Marneulidə bankların qarşısında niyə polis maşını dayanır? - VİDEO

Son vaxtlar ölkədə cinayət hadisələri, qətl, qarət, soyğunçuluq və eləcə də banklara hücum hadisələrinin artığı fonunda hüquq-mühafizə orqanlarının hərəkətə keçdiyi müşahidə olunur.

Belə ki, Təkcə ötən il Gürcüstanda “Saqartvelo Bank”ın paytaxt Tbilisidə daxil müxtəlif şəhərlərdəki filiyallarına bir sıra hücum faktı qeydə alınıb. Məsələn 2021-ci isə ildə Zuqdididə sözügedən bankın filiyalına əlində qumbara ilə hücum edərək insanları qirov götürən Badri Esebua 500 min dollar pulu götürüb qaçdı. Üzərindən təxminən 2 il ötsədə o, hələdə axtarışdadır. Görünür Daxili İşlər Nazirliyi bu kimi cinayətlərin qarşısını almaq üçün artıq hərəkətə keçib.

Məsələn, paytaxt Tbilisi və digər şəhərlərdə, o cümlədən Marneulidə bankların qarşısında polis maşının təhlükəsizlik məqsədi ilə dayandığı məlum olub.

Marneulidə “Saqartvelo Bank”ın qarşısında müşahidə edən Daxili İşlər Nazirliyinin kriminal polis əməkdaşı “Nə məqsədlə burada dayanırsınız?” sualımızı tam cavablandırmasa da, “Mən öz işimi görürəm… Mətbuat xidməti ilə əlaqə saxlayın” deyib.

Tez-tez baş verən hücumlar fonunda bankların yaxınlığında kriminal polisin dayanması müsbət hal alsa da, lakin bir hücum əgər baş verərsə əlində nə də belində heç bir silah sursatı olmayan asayış keşikçisinin silahlı basqınçılara qarşı necə davranacağı sual işarəsi doğurur?

ŞƏRH YAZ
10