Qardabani sakini Qaracayev Fransada amansızca qətlə yetirilib - FOTO
01.02.2023 12:47
7759
Kriminal
A
Qardabani sakini Qaracayev Fransada amansızca qətlə yetirilib - FOTO

Fransada polis Gürcüstan vətəndaşının meyitini tapıb.

Aktual.ge xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayır.

Məlumatına görə, orta yaşlı kişi 2022 -ci ilin aprelində Nant yaxınlığında yoxa çıxıb. Həmin vaxtdan davam edən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları itkin düşən şəxsin cəsədini Loire-Atlantique avtomobil zibilxanasında tapıblar. 

Məlumdur ki, müstəntiqlər Gürcüstan vətəndaşının qətli ilə bağlı 19-22 yaşlarında olan 6 şübhəlini həbs ediblər. Üçü fransız, biri alman, biri rus və biri gürcüdür. Cinayət törətdiyi iddia edilən şəxslər polisə etiraf ediblər. Həbs olunanlardan 3-ü avtomobili yandırmaqda, 3-ü isə qəsdən adam öldürməkdə ittiham olunur.

Məlumata görə, qətlə yetirilən şəxs Qardabani sakini Elbrus Qaracayevdir.

ŞƏRH YAZ
25