TƏCİLİ - Rəsmi Kiyevdən Mixail Saakaşvili bəyanatı
02.02.2023 15:20
1225
Siyasət
A
TƏCİLİ - Rəsmi Kiyevdən Mixail Saakaşvili bəyanatı

"Biz Gürcüstan hakimiyyətini Mixail Saakaşvilini təhqir etməyi dərhal dayandırmağa və onu Ukraynaya təhvil verməyə çağırırıq".

Aktual.ge xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) Gürcüstanın üçüncü Prezidenti Mixial Saakaşvili ilə bağlı yaydığı bəyanatda deyilir.

Nazirliyin bəyanatında qeyd olunub ki, Gürcüstan hakimiyyəti NKVD-nin (SSRİ Xalq Daxili İşlər Komissarlığı - Red.) üsullarından istifadə edərək Saakaşvilini islah edir.

“Mixail Saakaşviliyə qarşı SSRİ NKVD-nin ən pis ənənələrindən olan psixoloji və fiziki zorakılıq tətbiq edilir, onun təcili tibbi yardıma ehtiyacı inkar edilir, Saakaşvilinin həyatına bilərəkdən birbaşa təhlükə yaradılır. Ukrayna vətəndaşına qarşı insan hüquqlarının kobud şəkildə pozulması Tbilisinin Aİ-yə üzvlüklə bağlı elan etdiyi kursa ziddir və Gürcüstanda demokratiyanın iflasından xəbər verir”, - bəyanatda qeyd olunub.

Ukrayna XİN Gürcüstan hakimiyyətini Saakaşvilini Ukraynaya təhvil verməyə çağırıb.

“Siyasi qisas üçün insanın həyatı ilə qumar oynamayın! Biz həmçinin xarici hökumətlərə və beynəlxalq təşkilatlara müraciət edirik ki, Gürcüstan hakimiyyətinin siyasi repressiyası nəticəsində həyatı təhlükədə olan Ukrayna vətəndaşını, Gürcüstanın keçmiş prezidentini açıq müdafiə etsinlər", - Ukrayna XİN-in bəyanatında vurğulanır.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski dünən, fevralın 1-də Mixail Saakaşvilinin vəziyyətinin ağır olması barədə açıqlama verib və mətbuat konfransında eks-prezidentin ağır vəziyyətini əks etdirən fotolarını nümayiş etdirib. 

 

 

ŞƏRH YAZ
3