Əlverişsiz hava şəraiti ilə bağlı Patrul Polis İdarəsindən sürücülərə ÇAĞIRIŞ
03.02.2023 19:08
872
Hadisə
A
Əlverişsiz hava şəraiti ilə bağlı Patrul Polis İdarəsindən sürücülərə ÇAĞIRIŞ

Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsi bölgələrdə yağan güclü qar və buzla əlaqədar vətəndaşları yollarda uyğun qış təkərləri ilə avtomobili idarə etməyə, patrul polisi əməkdaşlarının göstərişlərinə əməl etməyə və yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl etməyə çağırır.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayır.

Bildirilib ki, hazırda bütün növ avtonəqliyyat vasitələri üçün ölkə ərazisində hərəkət etmək mümkündür.

“Bununla belə, əlavə təhlükəsizlik tədbirləri məqsədilə patrul polisinin ekipajları avtomobillərin hərəkətini tənzimləyir. Bundan əlavə, patrul polisi əməkdaşları Tsağveri qəsəbəsindən Bakuriani-Tsemi istiqamətinə qış təkərləri olan avtomobillərin hərəkətinə nəzarət edir. Yay təkərləri tapıldığı halda, avtomobil sürücülərinə yuxarıda qeyd olunan istiqamətdə hərəkətə icazə verilməyəcək”, - məlumatda deyilir.

 

ŞƏRH YAZ
4