Bu gün İmam Əlinin (ə) mövlud günüdür
04.02.2023 01:18
560
Din
A
Bu gün İmam Əlinin (ə) mövlud günüdür

Pеyğəmbərlərin sоnuncusu Həzrət Muhəmmədin (s) özündən sоnrаkı хəlifəsi, əmisi оğlu, kürəkəni, möminlərin vəlisi Əli (ə) Məhəmməd Peyğəmbərin (s) besətindən (peyğəmbərlik məqamına çatmasından) 10 il əvvəl rəcəb ayının 13-də (Bu il 3 fevral -Red.) Məkkədə Kəbənin içində dünyаyа göz аçıb.

Aktual.ge məlumat verir ki, Hz.İmam Əli (ə) Peyğəmbərin (s) doğulduğu 570-ci ildən 30 il sonra, cümə günü əzəmətli Kəbənin daxilində dünyaya göz açmışdır. O, həzrətin atası Əbdül-müttəlibin oğlu Əbu Talib, anası Fatimə binti Əsəddir. Xanım Fatimə Əsəd qızı doqquz aylıq hamilə olduğu halda dua etmək üçün Kəbəyə gəlir. Qəflətən Kəbənin divarı yarılır və Fatimə Əsəd qızı içəri girir. Sonra divar yenidən birləşir. Fatimə üç gün kəbənin içində tək qalır.

İslam dini mənbələrinə görə, Rəcəb ayının 13-də Kəbə həmin yerdən ayrılır, Fatimə qucağında bir uşaq bayıra çıxır. Və qeybdən bir səs eşidir: “Ey Fatimə! Bu hörmətli övladının adını Əli qoy!…”

Bu adın mənası “böyük”, “yüksək”, “uca” deməkdir… İndiyədək Əmirəl-möminindən (ə) başqa heç kəs bu müqəddəs məkanda (Kəbədə) doğulmayıbdır. Rəvayətə görə, Əbdül-müttəlibdən sonra Əlinin (ə) təlim tərbiyəsini Peyğəmbər (s) öhdəsinə götürmüşdür. Əlinin (ə) 10 yaşı olanda Peyğəmbərə (s) iman gətirmişdir. Qurani-Kərimdə Əli (ə) haqqında 300-ə yaxın ayə nazil olmuşdur.

İmamətin atası olan Əli (ə) 63 illik ömründə dünyaya 36 övlad (17 oğlan, 19 qız ) bəxş eləmişdir. 30 il imamlıq dövrü yaşayan Əli (ə) hicri tarixinin 40-cı ilində, mübarək Ramazan ayının 19-da Kufə məscidində Əbdür-rəhman ibn Mülcəm (l.ə) tərəfindən qətlə yetirilmişdir.
Şərafətli qəbri mübarək Nəcəf şəhərindədir.

Kimdir Həzrəti Əli?
1. Rəsulullahın əmisinin oglu. 
2. Ona ilk iman edən uşaq.
3. Hicrət gecəsi Peyğəmbərin (s) yatağında yorğanı başına çəkib yatan, yəni ölümü gözə alan bir igid.
4. Rəsulullah onun atasının yanında böyüyüb, o Rəsulullahın yanında. Yəni, tərbiyyəni Rəsulullahdan(s) alıb. 
5. Rəsulullahın kürəkəni. Peyğəmbər (s) nəsli Həzrəti Fatimə və Həzrəti Əlinin nəsli ilə davam edir.
6. Elmin qapısı. 
7.Ədalətli xəlifə. Həzrəti Əlinin şəhadəti ilə xəlifəlik bitir, İslamın səltənən dövrü başlayır…
8. Allahın Aslanı, Heydər, Əbu Həsən, Əbu Turab ləqəbləri ilə də anılır…
9. Kəbədə dünyaya göz açan yeganə insan.
10. Rukuda zəkat verən və səcdədə zərbətlənib, şəhadətə çatan.

ŞƏRH YAZ
0