Yapon alim Türkiyə ilə bağlı qorxunc proqnoz verdi
10.02.2023 00:54
2480
Dünya
A
Yapon alim Türkiyə ilə bağlı qorxunc proqnoz verdi

Yaxın aylarda Mərmərə bölgəsində böyük zəlzələ gözlənilir.

Aktual.ge Medicina-ya istinadən xəbər verir ki, bu barədə yaponiyalı zəlzələ üzrə mütəxəssis Yoşinori Morivaki Ferda Yıldırımla birbaşa efir zamanı deyib.

“Hazırlıqlı olmaq lazımdır. Türkiyədə yaxın zamanlarda Mərmərə bölgəsində böyük zəlzələ gözlənilir.

Mərmərə bölgəsində dörd yerdə uzun zamandır parçalanmayan qırılma xətləri var. Bu bölgənin təhlükəli olduğunu deyə bilərəm. İkinci olaraq Şərqi Anadolu qırılma xətti Bingöldə bir dəfə kiçik zəlzələ baş verdi, amma daha güclü zəlzələnin olacağı gözlənilir. Egey tərəfdə də 6, maksimum 7 bal gücündə zəlzələnin olması gözlənilə bilər" ,- deyə zəlzələ üzrə ekspert proqnozlaşdırıb.

ŞƏRH YAZ
13