Gürcüstanın müsəlman icmasına ayrılan vəsait artırılıb
Gürcüstanda 2020-ci ilin dövlət büdcəsindən ölkənin müsəlman icmasına ayırılan vəsaitin həcmi 550 min lari artırılıb.
Aktual.ge-nin verdiyi məlumata görə, bu barədə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyindən bildirilib.
Müsəlman icmasına təqdim olunacaq vəsaitin ümumi məbləği 2 750 000 lari təşkil edəcək.
Agentlikdən qeyd olunub ki, dini icmalar üçün nəzərdə tutulan 4,5 milyon larinin 3,5 milyonu artıq bölüşdürülüb. Müsəlman icmasına 2,2 milyon, erməni xristian icmasına 600 min, Roma katolik icmasına 400 min, yəhudi icmasına isə 300 min lari ayırılıb.
Qeyd edək ki, Gürcüstan əhalisinin 11%-i müsəlmanlardan ibarətdir.