Marneulidə Novruz bayramı konserti keçirilməyəcək - RƏSMİ
16.03.2023 15:50
3523
Mədəniyyət
A
Marneulidə Novruz bayramı konserti keçirilməyəcək - RƏSMİ

Türkiyədə bu il 6 fevral tarixində baş vermiş zəlzələ faciəsi ilə bağlı Marneulidə 21 Mart Novruz bayramı proqramı məhdudiyyətli formada keçiriləcək.

Bu barədə Aktual.ge xəbər portalına Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorgadze müsahibəsində bildirib.

O ümid edir ki, 21 Mart Novruz bayramında Marneulini Baş nazir İrakli Qaribaşvili də ziyarət edəcək.

Qeyd edək ki, Marneulidə bu il Novruz bayramı şənliyi hansı formada keçiriləcəyi və Bələdiyyə Məclisi sədri Amiran Giorgadzenin açıqlaması axşam saat 21:00-də "Aktual Xəbərlər" buraxılışında təqdim olunacaq.

Xatırladaq ki, ötən il də Marneulidə Novruz bayramı şənliksiz keçirilib, buna səbəb isə Ukraynada müharibənin başlaması olub.

ŞƏRH YAZ
19