Novruz bayramı günü hava necə olacaq?
17.03.2023 11:48
1682
Maraqlı
A
Novruz bayramı günü hava necə olacaq?

21 Mart Kvemo Kartlidə gözlənilən hava şəraiti ilə bağlı məlumat verilib.

Milli Ətraf Mühit Agentliyindən Aktual.ge xəbər portalına 21 mart Novruz bayramı günü ilə bağlı verilən xüsusi məlumatda hava şəraitinin necə olacağı proqnozu bildirilib.

Bildirilib ki, 21 mart Kvemo Kartli bölgəsində və Marneulidə hava dəyişkən buludlu keçəcək.

Qeyd olunub ki, hava şəraiti gün ərzində +13, +15 dərəcə isti olacaq: "Gecə saatlarından gündüz saat 12:00, 13:00-dək arabir yağış yağacaq, sonra hava şəraiti dəyişəcək, Qərb küləyi 10-15 m/s, arabir 18-20 m/s-ə yüksələ bilər.
Gün ərzində havanın temperaturu: +13, +15 istilik təşkil edəcək".

ŞƏRH YAZ
1