Türkiyə Çanaqqala Zəfərinin 108-ci ildönümünü qeyd edir - FOTO
18.03.2023 11:41
253
Siyasət
A
Türkiyə Çanaqqala Zəfərinin 108-ci ildönümünü qeyd edir - FOTO

Bu gün Türkiyənin Çanaqqala zəfərinin 108-ci ildönümüdür.

Aktual.ge xatırladır ki, Birinci Dünya müharibəsində “Üçlər İttifaqı” tərəfində döyüşə girən Osmanlı imperiyası Çanaqqala cəbhəsində mübarizə aparıb.

Türkiyə tarixinin dönüş nöqtələrindən biri olan Çanaqqala müharibəsi 19 fevral 1915-ci ildə Çanaqqala boğazında (Dardanel) dəniz döyüşü ilə başlayıb. 325 gün davam edən döyüşlər 1916-cı il yanvarın 9-da türk ordusunun qələbəsi ilə başa çatdı. “Üçlər İttifaqı”

1915-ci il martın 18-də Çanaqqalada əldə edilən dəniz zəfəri Türkiyənin gələcəyi üçün dönüş nöqtəsi olub.

Qeyd edək ki, Zəfərin ildönümü ilə bağlı təşkil olunacaq tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Qələbənin ildönümündə Şəhidlər abidəsi və Səddülbahir qalasında iki fərqli anım proqramı təşkil olunacaq. İlk mərasim Cümhuriyyət meydanında keçiriləcək.

 

ŞƏRH YAZ
2