Leyla Kavtarova və az yaşlı uşağı Fransaya qaytarıldı
18.03.2023 18:09
2535
Hadisə
A
Leyla Kavtarova və az yaşlı uşağı Fransaya qaytarıldı

Sərhədçilər tərəfindən 4 gün Gürcüstana buraxılmayan Pankisidən olan qadın və onun azyaşlı oğlu Kutaisi hava limanından Fransaya qaytarılıb. 

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı “Azadlıq” radiosu yayıb.

Martın 14-də Kutaisi hava limanına gələn 23 yaşlı Leyla Kavtarova Gürcüstanda yaşayan əri Beka Toxosaşvili ilə görüşmək istəsə də, Kavtarova 4 gün ölkəyə buraxılmayıb. Ailənin sözlərinə görə, səbəbi onlara məlum deyil.

"Mənim Fransa pasportum var, ərim Gürcüstanda yaşayır və mən bir neçə ay burada qalmaq istəyirdim. Bu, birinci dəfə deyil. Eyni hal sentyabrda da başıma gəldi. Əvvəllər belə problem olmayıb. Mənim ölkəyə buraxılmamağımla bağlı heçkim heçnə izah etmədi”, - deyə “Azadlıq” radiosuna Leyla Kavtarova bildirib.

Qeyd olunub ki, məsələ ilə bağlı DİN açıqlama verməyib.

Xatırladaq ki, Leyla Kavtarovanın Kutaisi Beynəlxalq Hava Limanında gecikməsinə görə 16 mart tarixində Pankisi sakinləri etiraz aksiyası keçirib.

ŞƏRH YAZ
16