
Kateqoriyalar
Marneulidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.ge məlumat verir ki, hadisə Bələdiyyənin Algeti kəndində qeydə alınıb.
Hadisə yerindən əldə edilən məlumata görə, "Opel" və yük daşıyıcı "Ford" nəqliyyat vasitələri toqquşması nəticəsində 6 nəfər yaralanıb.
Məlumata əsasən, yaralılar Marneulidəki xəstəxanalara aparılıb.
Hadisə yerinə yanğın söndürən maşını, təcili yardım və patrul polisi cəlb olunub. Faktla bağlı araşdırma aparılır.