Ağır yol qəzası: 1 ölü, 2 yaralı
20.03.2023 12:51
2552
Hadisə
A
Ağır yol qəzası: 1 ölü, 2 yaralı

Kaxetidə baş verən bədbəxt hadisə nəticəsində bir qadın ölüb, 7 yaşlı uşaq isə ağır yaralanıb.

Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, hadisə Bakurtsixe-Tbilisini birləşdirən avtomobil yolunda baş verib.

Belə ki,  bir ailənin hərəkətdə olduğu yüngül avtomobili qoşqulu nəqliyyat vasitəsilə toqquşub. Qadın yerindəcə keçinib. Onun 7 yaşlı oğlu və həyat yoldaşı isə ağır yaralanıb.

Yaralılar Gurcaanidəki "Geohospital" klinikasına yerləşdirilib. Həkimlərin sözlərinə görə, uşaq müalicə üçün Tbilisiyə aparılacaq. Çünki o, başından xəsarət alıb və neyrocərrahın köməyinə ehtiyacı var.

Polis hadisə yerində araşdırma aparır.

 

ŞƏRH YAZ
6