Baş nazir
21.03.2023 14:25
440
Siyasət
A
Baş nazir "Çay Evi"ndə ağsaqallarla görüşüb - VİDEO

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Marneuli "Çay Evi"ndə ağsaqqallarla görüşüb.

Aktual.ge məlumat verir ki, görüşdə hökumət başçısı ağsaqqaları Novruz bayramı münasibətilə təbrik edib.

Çay süfrəsi arxasında ağsaqallarla görüşən İrakli Qairbaşvili gürcü və Azərbaycan xalqlarının xüsusi dostluq əlaqələrindən danışıb.

Görüşdə Barışıq və Bərabərlik üzrə dövlət naziri Tea Axvlediani, Hökumət Administrasiyasının Regionlarla Əlaqələr Departamentinin rəhbəri Leri Barnabişvili, Kvemo Kartli qubernatoru Giorgi Doxturişvili, Marneuli meri Kənan Ömərov, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorgadze, Parlamentin üzvləri Zaur Darğallı və Savalan Mirzəyev, Azərbaycanın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Faiq Quliyev və “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov iştirak edib.

ŞƏRH YAZ
8