Marneulidə
22.03.2023 14:48
3706
Maraqlı
A
Marneulidə "Çinar" yığıncağı - FOTO/VİDEO

Marneulidə Novruz bayramının sabahı, 22 mart insanlar niyyət etmək üçün Candar kəndinə yerləşən Çinara gedir. 

Aktual.ge məlumat verir ki, qoca Çinarın ətrafında yüzlərlə insan toplanır və niyyət etmək üçün qırmızı lent və ya kelağayını ağacın budaqlarını bağlayırlar.

Burada kimin niyyəti qəbul olarsa, onlar çalınan xalq musiqinsə rəqs edirlər. Çinar ağacı ətrafına toplananların əksəriyyətini Marneuli sakinləri təşkil etsə də, həmçinin ətraf bələdiyyələrdən habelə paytaxt Tbilisidən də buraya gələnlər çoxdur. Burada həmçinin niyyətlər edilir və qurbanlar kəsilir, o cümlədən niyyət edənlər ağacın kiçik bir budağını qırıp özləri ilə aparır.

Ritualın baş verdiyi mərasimdə müxtəlif oyunlar habelə qumar oyunları da mövcuddur.

Candar kəndindəki Çinara getmək İslam dini bayramlarına və ya ritualları ilə əlaqə deyil, əfsanəyə görə buraya leylək uçarsa və Çinar ağacındakı yuvasına buğda qoyarsa, həmin il uğurlu olarmış.

Marneuli imamcümələrindən biri Hacı Hacıyev bu əməllərin bidət olduğunu qeyd edərək, İslam dininə zidd olduğunu bildirib:

"Bizim inancımız yerlərin göylərin sahibi olan tək Allaha dayanır. İstər çinar ağacı olsun, istərsə də xurma ağacı fərq etmir dua yalnız aləmlərin Rəbbisi olan Allaha edilməlidir və Ondan istənilməlidir. Ki, ən gözəlidə elə budur. Çinar ağacı ətrafında baş verənlər sadəcə xurafatdır".

Qeyd edək ki, Çinar ritualı hər il 22 mart tarixində qeyd olunur.

Bildirək ki, ağaça parça bağlayaraq niyyət etmək inancının kökü Şamanizmə dayanır.

Ağaca parça və qırmızı nəsə bağlamaq türklərin Şamanizmdən Gök Tengriyə (Gök Tanrısına) nəzir ənənəsidir. Anadoluda, Azərbaycanda, Orta Asiya Türk Cümhuriyyətlərində və Türk muxtar bölgələrində, Əfqanıstanın Özbək-Türkmən bölgələrində bu ənənə müxtəlif bölgələrdə gerçəkləştirilir. Bu inancda türklər müxtəlif arzu və istəklərini yerinə yetirmək üçün sözügedən parça və ya əskini müqəddəs saydıqları ağaclara və yerlərə bağlayıblar.

ŞƏRH YAZ
6