
Marneuli Mərkəzi İmam Əli (ə.s) Məscidinin axunduz imam cümələrdən biri Hacı Hacıyev, Ramazan ayının hilalının 22 mart görüldüyünü açıqlayıb.
Din xadimi Aktual.ge xəbər portalına bildirib ki, martın 22-ni 23-nə bağlayan gecə Ramazan ayının niyyət gecəsidir və 23 martdan hər kəs oruc tuta bilər.
"Öncəliklə bu müqəddəs Ramazan ayının gəlişi münasibətilə ölkə və dünya müsəlmanlarını təbrik edirəm. Qeyd edim ki, Ayətullah Xamenei və Ayətullah Sistaninin İstihlal mərkəzlərinin (Yeni hilalın görünməsinin tədqiq edilməsi üzrə mərkəz) verdiyi məlumata görə, mübarək Ramazan ayının birinci günü martın 23-nə təsadüf edir. Sabah, yəni 23 mart niyyət gecəsidir. İnşAllah martın 22-i axşam çağından başlayaraq, niyyət axşamıdır. Allah Təala ibadət-itaətlərinizi, oruc-namazlarınızı qəbul etsin. Bütün müsəlmanları bu mübarək aydan bəhrələnməyə dəvət edirəm",- Hacı Hacıyev söyləyib.