Vəkilindən Gürcüstanı qarışdıracaq açıqlama: Saakaşvilini yenidən Qldaniyə köçürmək istəyirlər
23.03.2023 01:17
2468
Siyasət
A
Vəkilindən Gürcüstanı qarışdıracaq açıqlama: Saakaşvilini yenidən Qldaniyə köçürmək istəyirlər

"Saakaşvilinin ya həbsxanaya, ya da Qldanidəki 18-ci müalicə müəssisəsinə köçürülməsi nəzərdə tutulur ki, bu da Saakaşvili üçün ölüm hökmü olacaq".

Aktual.ge xəbər verir ki, bu sözlərlə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin vəkili Şalva Xaçapuridze "Palitranius"un efirində "Viva Med" klinikasının müvafiq müraciətinə münasibət bildirib.

“Son 3-4 həftə ərzində heç bir açıqlama verməkdən çəkindik. Bu gün 'Vivamed' kllinikası açıqlama yayıb. Nəticə çıxarmaq çox asandır - Mixeil Saakaşviliyə qarşı növbəti təxribat planlaşdırılır. Düşünmürəm ki, xaricə transfer söhbəti var. Saakaşvilinin ailə üzvləri və mənim bundan xəbərimiz var idi. Saakaşvilinin özü bilirdi. Bu yaxınlarda xanım Giuli ilə danışdım və onun belə bir məlumatı yoxdur. Əksinə, Saakaşvilinin ya həbsxanaya, ya da Qldanidəki 18-ci müalicə müəssisəsinə köçürülməsi nəzərdə tutulur ki, bu da Saakaşvili üçün ölüm hökmü olacaq”, - Şalva Xaçapuridze qeyd edib.

Onun sözlərinə görə, Saakaşvilinin bu gün axşam saatlarında həbsxanaya köçürüləcəyi gözləntiləri var.

“Son bir ayda bəzi problemlərə görə sakit idik, lakin sabahdan fərqli rejimə keçib işləməli olacağıq. Bizim rıçaqlarımız var, bu barədə əvvəlcədən açıqlama vermək istəmirəm və qarşı tərəf bunu hazır şəkildə qarşılayacaq. Sabahdan etibarən bu rıçaqları işə  salacağıq. Təhlükələr realdır, Mixeil Saakaşvili bu axşam həbsxanaya köçürülə bilər. İki variant var: Rusiyadan Saakaşvilini həbsxanaya köçürmək üçün sifariş alıblar, ya da 'Vivamed' əl-qolunu yuyub Saakaşvilidən yaxa qurtarmaq istəyir. Səhər biz başqa effektiv mexanizmə müraciət edəcəyik”, - deyə Şalva Xaçapuridze söyləyib.

Məlumat üçün bildirək ki, Mixeil Saakaşvilinin müalicə aldığı Tbilisidəki "Viva Med" klinikası Penitensiar Xidmətə yazılı məktubla müraciət edib. Klinika Saakaşvilinin müalicədən imtina etdiyini qeyd edib və onun yalnız simptomatik müalicələri qəbul etdiyini diqqətə çatdırıb. Klinikanın məktubunda qeyd edilib ki, Saakaşvili əgər simpotimatik müalicə istəyirsə bu bütün müəssisələrdə mümkündür.

ŞƏRH YAZ
11