Marneulidəki ağır qəza ölümlə nəticələndi - FOTO
23.03.2023 14:33
4380
Hadisə
A
Marneulidəki ağır qəza ölümlə nəticələndi - FOTO

19 mart tarixində Marneulinin Algeti kəndində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində yaşlı qadın müalicə aldığı klinikada dünyasını dəyişib.

Bu barədə Aktaul.ge xəbər verir.

Belə ki, keçdiyimiz günlərdə Marneuli Bələdiyyəsinin Algeti kəndində "Opel" və yük daşıyıcı "Ford" nəqliyyat vasitələri toqquşması nəticəsində 6 nəfər yaralanıb. Hadisə yerinə gələn 3 təcili yardım maşını ilə yaralılar Marneulidəki müxtəlif klinikalara yerləşdirilib.

Bu gün əldə etdiyimiz məlumata görə, qəza zamanı minik avtomobilin içində olan yaşlı qadın ağır bədən xəsarətləri ilə yerləşdirildiyi klinikada keçdiyimiz gün həyata gözlərini yumub. Bundan əlavə məlumata görə, digər yaralılardan 4-ü klinikanı tərk etsə də, yaşlı qadın bir əməliyyat olunub və hələ də tibb müəssisəsinin reanimasiya şöbəsində saxlanılır. 

Faktla bağlı araşdırma davam edir.

 

ŞƏRH YAZ
12