Baş nazirdən qorxunc açıqlama:
24.03.2023 13:14
477
Siyasət
A
Baş nazirdən qorxunc açıqlama: "Gürcüstana qarşı hələ də təhlükə var"

"Dostlar, bu gün ölkə daxilində və xaricində düşmən qüvvələrin ölkəyə müharibə gətirməsi, sabitliyi pozmağa cəhd etməsi təhlükəsi heç yerə getməyib və bu təhlükə hələ də real olaraq qalır".

Aktual.ge xəbər verir ki, bunları Baş nazir İrakli Qaribaşvili qanunverici orqanda dinləmələr zamanı nitqlə çıxışı zamanı ifadə edib.

Baş nazirin qeyd etdiyi kimi, bu gün də diqqəti başqa istiqamətə yönəltmək, bir növ kompensasiya etmək və Ukraynaya daha çox vaxt vermək lazım olduğuna inanan qüvvələr var ki, öz qüvvələrini bərpa edib əks-hücum keçirə bilsinlər.

“Yadınızdadırsa, bir çox fövqəldövlətlərin rəhbərləri öz vətəndaşlarını müharibəyə qarışmamağa, başqa yollarla dəstək göstərməyə çağırırdılar. Bu, birbaşa təxribat planı idi, Gürcüstana qarşı təxribat etmək üçün hazırlanmış sui-qəsdin tərkib hissəsi idi. Nəticə və hesablama bir idi - Gürcüstanda bir növ ikinci cəbhə açmaq. Yadınızdadırsa, bundan sonra qondarma beşinci kolon (Vahid Milli Hərəkat partiyasını tutur nəzərdə - Red.) və onların nümayəndələri hökumətin istefası tələbi ilə razılaşdırılmış, təşkil olunmuş aksiyaya, nümayişlərə başlamışdılar. Bölgədə, xüsusən də ölkəmizin 20%-nin Rusiya Federasiyası tərəfindən işğal olunduğu cəbhədə ən ağır böhran olanda hansı vətənpərvər və milli maraqları müdafiə edən siyasi qüvvə hakimiyyəti devirməyə, dəyişməyə çalışacaq? Yadınızdadır ki, bu plan da iflasa uğradı, düşmənlərimiz məğlub oldu. Bu gün də təbii ki, bu yanaşma dəyişməyib. Plan, plan olaraq qalır, heç yerə getməyib. Bu gün də, təəssüf ki, kompensasiya etmək və Ukraynaya yenidənqurma və əks-hücum üçün daha çox vaxt qazanmaq üçün diqqəti başqa istiqamətə yönəltmək lazım olduğuna inanan qüvvələr var. Gürcüstan belə bir yer olaraq qalır, Moldova da. Ona görə də, dostlar, bu gün ölkə daxilində və xaricində düşmən qüvvələrin ölkəyə müharibə gətirməsi, sabitliyi pozmağa cəhd etməsi təhlükəsi heç yerə getməyib və bu təhlükə, təhlükə olaraq qalır” - söyləyib İrakli Qaribaşvili.

ŞƏRH YAZ
11