24.03.2023 17:43
542
Siyasət
A
"İki gün əvvəl PSP şirkəti onkoloji dərmanlara 300% qiymət artımı etdi" - Qaribaşvili

"Kaxa Okriaşvilinin PSP şirkəti iki gün əvvəl onkoloji dərmanların qiymətini 300% artırdı, bu, şübhəsiz ki, cavabsız qalmayacaq".

Aktual.ge xəbər verir ki, bunu Baş nazir İrakli Qaribaşvili Parlamentdə deputatların suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu kimi şeylərə sərt cavab “veriləcək”.

“Vətəndaşlarımız üçün problem olan dərman qiymətləri Türkiyə bazarını açandan bəri 60%-dən 80%-ə qədər ucuzlaşıb. Bununla da insanlarımız 200 milyon lariyə qənaət etmişlər.

Burada mən bu dağıdıcı qüvvənin nümayəndələrindən birinə, iki gün əvvəl onkoloji dərmanların qiymətini 300% artıran Kaxa Okriaşvilinin PSP şirkətinə cavab vermək istərdim. Bu, təbii ki, cavabsız qalmayacaq. Buna dərhal reaksiya veriləcək və çox sərt nəticələr olacaq", - İrakli Qaribaşvili qeyd edib.

 

ŞƏRH YAZ
16