Qarabağda vəziyyət gərginləşib: Ermənistan Azərbaycan mövqelərini atəşə tutub
24.03.2023 23:48
560
Dünya
A
Qarabağda vəziyyət gərginləşib: Ermənistan Azərbaycan mövqelərini atəşə tutub

"Martın 24-ü axşam saatlarında Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri bir neçə dəfə atəşə tutulub".

Aktual.ge xəbər verir ki, bu barəfə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə Azərbaycan-Ermənistan şərti sərhədinin müxtəlif istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutub.

"Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə məruz qalıb. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb",- məlumatda deyilir.

ŞƏRH YAZ
17