“Fənərbağça” öz meydanında azlıqda qalan “Beşiktaş”a məğlub oldu - VİDEO
03.04.2023 01:18
484
İdman
A
“Fənərbağça” öz meydanında azlıqda qalan “Beşiktaş”a məğlub oldu - VİDEO

Türkiyə Super Liqasında XXVII tur davam edir.

Aktual.ge xəbər verir ki, İstanbul derbisində “Fənərbağça” və “Beşiktaş” münasibətlərinə aydınlıq gətiriblər. Birincilərin meydanında keçirilən qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 4:2

Hesabı 41-ci dəqiqədə penaltidən “Fənərbağça”nın futbolçusu Enner Valensiya açsa da, ikinci yarıda Cenk Tosunun dublu, Natan Redmond və Vensan Abubakarın qolları ilə “Beşiktaş” qələbə qazanmağı bacarıb.

“Fənərbağça”nın 2-ci qoluna son dəqiqələrdə İrfan Can Kahveci imza atıb. Qonaq komandada 51-ci dəqiqədə Velinton qırmızı vərəqə ilə meydandan qovulub.

“Beşiktaş” qələbə sayəsində xallarını 52-yə çatdırıb. Üçüncü pillədə qərarlaşan “qara qartal” ikinci “Fənərbağça” ilə fərqi ikiyə endirib. Lider “Qalatasaray”ın isə 63 xalı var.

ŞƏRH YAZ
6