Türkiyə Kuboku: “Fənərbağça” böyük hesabla növbəti mərhələdə - VİDEO
07.04.2023 01:27
401
İdman
A
Türkiyə Kuboku: “Fənərbağça” böyük hesabla növbəti mərhələdə - VİDEO

Futbol üzrə Türkiyə Kubokunda bütün yarımfinalçılar bəlli olub.

Aktual.ge xəbər verir ki, 1/4 finalın son oyununda “Fənərbağça” doğma meydanda “Kayserispor”u qəbul edib.

Qarşılaşmada ilk qolu Emre Mor vurub. 8-ci dəqiqədəki qoldan 10 dəqiqə sonra D.Kolovetsiosla qonaqlar bərabərliyi təmin ediblər. Hissənin sonuna üç dəqiqə qalmış Emre Mor yenidən “Fənər”i hesabda önə keçirib.

Bundan sonra meydan sahibləri daha iki dəfə fərqləniblər. 58-ci dəqiqədə S.Dursun, 90-cı dəqiqədə isə A.Güler rəqib qapıçını məyus edib.

Beləliklə, “Fənərbağça” bu qələbədən sonra yarımfinalda “Sivasspor”a rəqib olub. 1/2 finalın digər oyununda isə “Başakşehir” və “Ankaragücü” münasibətlərinə aydınlıq gətirəcək.

ŞƏRH YAZ
4