Gürcüstanda iyun ayında ailənin yaşayış minimumu açıqlanıb - ŞOK RƏQƏMLƏR
15.07.2020 12:03
305
İqtisadiyyat
A
Gürcüstanda iyun ayında ailənin yaşayış minimumu açıqlanıb - ŞOK RƏQƏMLƏR
İyun ayında Gürcüstanda yaşayış minimumu azalaraq əmək qabiliyyətli kişilər üçün 186,6 lari olaraq hesablanıb. Aktual.ge xəbər verirk i, bu barədə Milli Statistika İdarəsi məlumat verib. Məlumata görə, iyun ayında, Gürcüstanda əmək qabiliyyətli kişilər üçün yaşayış minimumu 186,6 lariyə endirilib. Qeyd olunub ki, 2020-ci ilin May ilə müqayisədə Gürcüstanda yaşayış minimumu azalıb. Bu ilin may ayında əmək qabiliyyətli kişilər üçün yaşayış səviyyəsi 189,6 lari təşkil etdiyi halda iyun ayında bu göstərici 3 lari azalaraq 186.6 lari təşkil edib. Eyni zamanda, statistik göstəricilərə əsasən, may ayı ilə müqayisədə ortalama istehlakçının yaşayış səviyyəsi iyun ayında 2.6 GEL azalaraq 165.3 lari, orta ailənin yaşayış səviyyəsi isə 5 lari azalaraq 313.0 lari səviyyəsində müəyyən edilib. Bildirilib ki, əhalinin yaşayış səviyyəsinə gəldikdə isə statistik məlumatlara əsasən, iyun ayında aşağıdakı göstəricilər qeyd olunub: Bir nəfərlik ailə üçün məbləğ 165.3 GEL, İki nəfərlik ailə üçün 264.4 GEL, Üç nəfərlik bir ailə üçün 297.5 GEL, Dörd nəfərlik bir ailə üçün - 330.5 GEL, beş nəfərlik ailə üçün - 371.9 GEL, Altı nəfər və daha çox üçün isə 439.6 GEL.
ŞƏRH YAZ
2