İddia: Azyaşlı su çiçəyi xəstəliyindən ölüb
18.05.2023 00:23
610
Sağlamlıq
A
İddia: Azyaşlı su çiçəyi xəstəliyindən ölüb

Qoridə 4 yaşlı uşağın çiçək xəstəliyinin ağırlaşması nəticəsində öldüyü iddia edilir. Azyaşlının ailəsi və yaxınları hadisədə həkimləri günahlandırır və pediatrın səriştəsizliyinin uşağın səhhətini pisləşdirdiyini və bunun sonradan körpənin ölümü ilə nəticələndiyini bildirir.

Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, dünyasını dəyişən uşağın yaxınlarının dediyinə görə, 4 yaşlı Toma Tsikaridzenin ölümünə səbəb olan infeksiyanın həkim tərəfindən səhv idarə olunması səbəbindən sepsis inkişaf edib.

Klinikaya gəlincə, “Qormed”in mətbuat xidmətindən verilən məlumata görə, valideynlər uşağı ambulator konsultasiyaya gətirsələr də, onlar sonrakı stasionar müalicədən imtina ediblər və özbaşına müalicə müəssisəsindən aparılıblar.

Məlumat üçün bildirək ki, uşaq Qoridən Tbilisiyə təcili yardım maşını ilə aparılarkən həyata gözlərini yumub.

ŞƏRH YAZ
8