
Son 6 ayda Gürcüstanda 4 minə yaxın Rusiya vətəndaşı mənzil alıb.
Aktual.ge xəbər verir ki, bu məlumat Parlamentin deputatı Tamar Kordzaianın sorğusuna cavab olaraq Milli Dövlət Reyestr Agentliyindən verilib.
Məlumata əsasən, Gürcüstan miqyasında 2022-ci il oktyabrın 13-dən 26 aprel 2023-cü il tarixədək 4 745 yaşayış mənzilinə 3 878 Rusiya Federasiyası vətəndaşının mülkiyyət hüququ qeydə alınıb.
“543 torpaq sahəsində 404 Rusiya Federasiyası vətəndaşının mülkiyyət hüququ qeydə alınıb. Torpaq sahələrinin ümumi sahəsi 104.098 kv.m.;
Binaların yerləşdiyi 886 torpaq sahəsində 829 Rusiya Federasiyası vətəndaşının mülkiyyət hüququ qeydə alınıb. Torpaq sahələrinin ümumi sahəsi 118 213 kv.m.
Bundan əlavə, 2022-ci il martın 1-dən 26 aprel 2023-cü il tarixədək Rusiya Federasiyası vətəndaşlarına məxsus binasız qeydiyyata alınmış torpaq sahələrinin ümumi sahəsi 265 049 kvadratmetrdir;
Həmin dövrdə tikili olan torpaq sahələrinin ümumi sahəsi 209,6 min kvadratmetr; Yaşayış mənzillərinin/evlərinin ümumi sahəsi isə 424 449 823 kvadratmetrdir”, - məlumatda deyilir.