Kateqoriyalar
Gürcüstan vətəndaşı Bakıda kafedə bıçaqlanıb.
Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycan mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə mayın 24-ü gecə saat 02:00 radələrində Sabunçu qəsəbəsində yerləşən “Zəfəran” kafesində baş verib.
Gürcüstan vətəndaşı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya yanı küçəsi, ev 11 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Aftandil Samir oğlu Hüseynov naməlum şəxs tərəfindən qarın nayihəsindən bıçaqlanıb.
O, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.