Gürcüstana külli miqdarda narkotik gətirən İran vətəndaşı saxlanılıb - VİDEO
25.05.2023 11:33
427
Kriminal
A
Gürcüstana külli miqdarda narkotik gətirən İran vətəndaşı saxlanılıb - VİDEO

Gürcüstan polisi Ermənistandan keçməklə Avropaya külli miqdarda heroin aparmağa çalışan İran vətəndaşını saxlayıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mərkəzi Kriminal Polis Departamentinin direktoru Teymuraz Kuptadze keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, qurumun əməkdaşlarının Poti limanında Maliyyə Nazirliyi ilə birlikdə həyata keçirdiyi kompleks əməliyyat istintaq tədbirləri çərçivəsində 1961-ci il təvəllüdlü İran vətəndaşı B. T.-nin idarə etdiyi şübhəli yük maşınına baxış keçirilib. Axtarış zamanı yük maşınının arxa qapılarında gizlədilmiş 315 bağlamada 80 kiloqramadək heroin aşkarlanaraq dəlil kimi götürülüb.

Təhqiqat zamanı İran İslam Respublikası vətəndaşının narkotik vasitələri Ermənistan vasitəsilə Gürcüstana gətirdiyi və buradan Avropaya aparmağa çalışdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, iş üzrə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

"Bildiyiniz kimi, Daxili İşlər Nazirliyi transmilli və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə tərəfdaş ölkələrlə fəal əməkdaşlıq edir ki, bunun bariz nümunəsi ötən ay belçikalı və hollandiyalı həmkarları ilə birgə polis tədbiri keçirib və bu tədbir çərçivəsində Bizim tərəfimizdən verilən məlumatlar, Belçika Krallığında, yəni Antverpen limanında, iki mərhələdə, misli görünməmiş miqdarda 1 ton 660 kiloqram narkotik narkotik heroini”, - Teymuraz Kuptadze bildirib.

ŞƏRH YAZ
1