Ukrayna Bidzina İvanişvilini sanksiyalar siyahısına əlavə edib
25.05.2023 14:32
422
Siyasət
A
Ukrayna Bidzina İvanişvilini sanksiyalar siyahısına əlavə edib

Hakim “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvilinin adı Ukraynanın “Müharibə və Sanksiyalar” portalında yerləşdirilib.

Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Radasının (Parlament - Red.) deputatı Oleksey Qonçarenko məlumat yayıb.

Məlum olub ki, Bidzina İvanişvilinin adı 2 həftə əvvəl Ukraynanın sözügedən sanksiyalar siyahıya düşüb. Açıqlanan məlumata görə, o, sanksiyalardan yayınmaq üçün iş adamı Yevtuşenkovun maraqlarını lobbiləşdirir.

Bununla bağlı təşəbbüs Ukrayna Radasının deputatı Oleksey Qonçarenkoya məxsusdur. 

"Ukrayna prezidentinə və Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasına müraciət etmişəm ki, Bidzina İvanişvilini Ukraynanın sanksiya siyahısına salsınlar. Çünki İvanişvili Rusiyanın əmri ilə Gürcüstanda hakimiyyəti ələ keçirmiş rus agentidir. O, Gürcüstan hökumətini satın alıb. O, get-gedə Gürcüstanı Rusiyanın nəzarəti altına alır və Gürcüstan Rusiyanın orbitindədir. Bunu hər gün müxtəlif hərəkətləri ilə göstərir. Bu, həm Gürcüstan, həm də Ukrayna üçün təhlükə yaradır" , - deyə Ukrayna radasının üzvü qeyd edib.

ŞƏRH YAZ
4