“Azərbaycan xalqı ən yaxın qonşumuz və dostumuzdur” - Papuaşvili
25.05.2023 23:56
219
Siyasət
A
“Azərbaycan xalqı ən yaxın qonşumuz və dostumuzdur” - Papuaşvili

Azərbaycan gürcü xalqının ən yaxın qonşusu və dostudur.

Aktual.ge xəbər verir ki, bunu Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili Tbilisidə Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilmiş rəsmi qəbulda deyib.

“Bizim sadəcə strateji tərəfdaşlıq, siyasi və iqtisadi əlaqələrimiz deyil, həm də dərin xalqlararası və mədəni bağlarımız var. Məhsuldar əməkdaşlıq ölkələrimiz arasında son onilliklərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və xalqlarımız, ölkələrimiz üçün bir çox müsbət nəticələrə gətirib. Ticarət, iqtisadiyyat, mədəniyyət və müdafiə istiqamətlərində əməkdaşlıq dinamikdir. Bir neçə onillik öncə başladılmış beynəlxalq əhəmiyyətli regional enerji və nəqliyyat layihləri ölkələrimizi həm siyasi, həm də iqtisadi baxımdan bir-birinə bağlayıb” , - söyləyib spiker

Şalva Papuaşvili Heydər Əliyevin və Eduard Şevarnadzenin dövründə başladılmış regional layihərin bu gün qlobal əhəmiyyət daşıdığını vurğulayıb:

“Prezident Eduard Şevarnadze, Heydər Əliyev və Türkiyə liderləri birlikdə mümkünsüz şeyləri mümkün ediblər. Keçmiş ticarət yollarını tədricən canlandıran və indi Avropa ilə Asiyanı əlaqələndirən kritik bağlantı rolunu oynayan belə uzaqgörən layihələrin əhəmiyyətini çox az adam dərk edə bilərdi. Həmin dövlərdə Qərbdə “Orta Dəhliz”in strateji önəmini çoxları anlaya bilmirdi. Bu günlərdə “Orta Dəhlizin” önəminin artması ilə bizim əməkdaşlığımız daha vacib olur. Biz enerji nəqli dəhlizlərinin inkişafını təşviq etmək məqsədilə birgə layihələr həyata keçirməyə hazırıq”.

Şalva Papuaşvili Azərbaycan və Gürcüstan arasında parlamentlərarası əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb.

O, ötən həftə Azərbaycana səfər edərək Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbirlərdə iştirak etdiyini xatırladıb. Əlavə edib ki, bütün Azərbaycanın əldə etdiyi tərəqqinin Prezident İlham Əliyevin prezidentliyi dövründə daha da irəliyə aparıldığını sübut edir.

ŞƏRH YAZ
4