26 May — Gürcüstan Müstəqilliyinin 105-ci ilini qeyd edir
26.05.2023 11:51
382
Siyasət
A
26 May — Gürcüstan Müstəqilliyinin 105-ci ilini qeyd edir

Bu gün 26 may ölkəmiz - Gürcüstan Müstəqillik Gününü qeyd edir.

Aktual.ge xatırladır ki, tam 105 il əvvəl, 26 May 1918-ci ildə Tbilisidə Gürcüstan Milli Şurası Dövlət İstiqlal Aktını qəbul edib və Sovet İmperiyasından ayrılaraq öz müstəqilliyini elan edib. 

Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika iki il yarım mövcud olub. Sovet İmperiyasının hərbi təcavüzü nəticəsində Gürcüstan Demokratik Respublikası süquta uğrayıb. Gürcüstan öz müstəqilliyini qanı bahasına 1991-ci ilin aprelind 9-da yenidən bərpa edib.

Hər il olduğu kimi bu ildə Tbilisi və bölgələrdə, eləcə də Gürcüstanın xarici ölkələrdəki səfirliklərində Müstəqillik Gününə həsr olunan müxtəlif genişmiqyaslı tədbirlər təşkil ediləcək.

ŞƏRH YAZ
0