Tbilisidə Beynəlxalq Maarif Məktəblərinin məzuniyyət mərasimi baş tutub - FOTO/VİDEO
30.05.2023 17:48
227
Mədəniyyət
A
Tbilisidə Beynəlxalq Maarif Məktəblərinin məzuniyyət mərasimi baş tutub - FOTO/VİDEO

Gürcüstanda fəaliyyət göstərən Türkiyənin dövlət məktəbi, Beynəlxalq Maarif Məktəbi təntənəli məzuniyyət mərasimi baş tutub.

Aktual.ge xəbər verir ki, Tbilisidəki Türkiyənin Beynəlxalq Maarif Məktəbini bitirən məzunlara üçün buraxılış mərasimi təşkil olunub.

Tbilisidə baş tutan mərasimə Türkiyənin Gürcüstandakı səfirinin birinci katibi Qalena Kartal, Təhsil üzrə müşaviri Suat Kolukırık digər rəsmilər, valideynlər, gənclər, jurnalistlər və məktəbin əməkdaşları qatılıb.

Burada ev sahibliyində çıxış edən Beynəlxalq Maarif Məktəbinin Tbilisidəki direktoru və Türkiye Maarif Vəqfinin Gürcüstan təmsilçisi Ali Sedat Aslan məzunları təbrik edib və uğurlar arzulayıb. Sonra çıxış edən natiqlər məzunları və onların valideynlərini təbrik edib, və gənclərə gələcək təhsil sahələrində uğurlar arzulayıblar.

Təntənəli buraxılış tədbirində məzunların müxtəlif mahnılar oxuması isə mərasimə ayrı bir rəng qatıb. Tədbir gənclərin papağ atmasıyla başa çatıb.

Tədbirin sonunda isə iştirakçılar və məzunlar üçün furşet üfrəsi açılıb.

Daha ətraflı video süjeti təqdim edirik:

ŞƏRH YAZ
1