Baş nazir polislərə müraciət edir
31.05.2023 13:17
435
Siyasət
A
Baş nazir polislərə müraciət edir

"Təəssüf ki, sizin bir çox qəhrəman həmkarlarınız və dostlarınız başqalarını xilas etmək üçün ən qiymətli həyatlarını qurban verdilər".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 31 May polis günü mərasimindəki çıxışında deyib.

Hökumət başçısının sözlərinə görə, polislərin ən çətin işində ən yaxın adamların dəstəyi xüsusilə vacibdir.

“Bu gün mən sizinlə birlikdə xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş qəhrəman yoldaşlarınızın parlaq xatirəsini bir daha yad edəcəyəm. Hörmətli polislər, ən çətin işinizdə sizə ən yaxın insanların dəstəyi xüsusilə vacibdir. Valideynlərinizə, həyat yoldaşlarınıza, övladlarınıza, ailənizin hər bir üzvünə bir daha təşəkkür etmək istəyirəm”, - deyə Baş nazir qeyd edib.

"Mən gürcü polisi ilə fəxr edirəm, fəxr edirəm ki, bizim polis məhz belədir. Bu gün ölkəmiz, xalqımız və hökumətimiz birlikdə dövlətimizi gücləndirərkən, müasir, Avropa dövləti yaratmağa çalışarkən əminliklə deyə bilərik ki, artıq müasir və ən əsası, Avropa standartlarına cavab verən yüksək peşəkar polisimiz var. Bu, əlbəttə ki, son illərdə aparılan genişmiqyaslı islahatların nəticəsidir" , -deyib İrakli Qaribaşvili.

Məlumat üçün bildirək ki, 31 May Gürcüstanda polis günüdür. Bu münasibətlə bu gün Daxili İşlər Nazirliyinin inzibati binasının önündə təntənəli tədbir keçirilir.

ŞƏRH YAZ
2