YENİ QAYDA: Bu kateqoriyalı maşınlar Tbilisidə avtobus zolağında hərəkət edə bilər
01.06.2023 01:53
1584
Maraqlı
A
YENİ QAYDA: Bu kateqoriyalı maşınlar Tbilisidə avtobus zolağında hərəkət edə bilər

Bu gün iyunun 1-dən Tbilisidə yaşı 10-dan çox olmayan A kateqoriyalı taksilər də avtobus zolağında hərəkət edə biləcək.

Aktual.ge xəbər verir ki, bir neçə həftə əvvəl Tbilisi meri Kaxa Kaladze bələdiyyə hökumətinin iclasında müvafiq qərarı elan edib.

Belə ki, iyunun 1-dən yalnız A kateqoriyalı, yaşı 10 ildən çox olmayan taksilər paytaxtda avtobuslar üçün xüsusi ayrılmış sarı zolağda hərəkət edə bilərlər. İndiyədək onlar bu zolaqda yalnız sərnişinləri götürə və ya düşürə bilərdilər.

ŞƏRH YAZ
5