Parlamentin üzvləri Zaur Darğallı və Savalan Mirzəyev qanunverici orqanda gənclərlə görüşüblər.
Aktual.ge xəbər verir ki, bu barədə Marneuli-Qardabani majoritar deputatı Zaur Darğallı sosial şəbəkədə məlumat verib.
Bildirib ki, “1+4” proqramının benefisiarları olan etnik azlıqları təmsil edən tələbələrlə qanunverici orqanda bir araya gəlinib.
"Tələbələrlə görüşləri davam etdiririk. Bu gün biz Ali Qanunvericilik Orqanında “1+4” proqramının benefisiarları olan etnik azlıqları təmsil edən tələbələrlə görüşdük. Gürcüstan parlamentinin üzvü Savalan Mirzoyevlə birlikdə tələbələrlə təhsil istiqamətində mövcud vəziyyətlə bağlı söhbət etdik və görüşdə gənclərin səsləndirdiyi prioritet məsələləri dinlədik.
Təhsil sistemində yeniliklərin tətbiqi üçün hər bir tələbənin rəyinin nəzərə alınması vacibdir. Komandamızın əsas vəzifəsi gənclərin keyfiyyətli təhsil almaları üçün hər cür şərait yaratmaqdır. Səfər çərçivəsində tələbələr sessiyada iştirak edib, parlamentin müxtəlif yerlərinində olublar" , - qeyd edib Zaur Darğallı.
Xatırladaq ki, millət vəkillərinin oxşar görüşü bu ilin 22 fevral tarixində də Parlamentdə baş tutmuşdu.