Dolların son günlər kəskin bahalaşması ilə bağlı ekspertdən narahat edici açıqlama
01.06.2023 14:23
2162
İqtisadiyyat
A
Dolların son günlər kəskin bahalaşması ilə bağlı ekspertdən narahat edici açıqlama

“Milli Bank larinin məzənnəsini istədiyi kimi kəsir, tikir və bütün bunlar ən böyük zərərə çevrilir”.

Aktual.ge xəbər verir ki, bu barədə iqtisadçı ekspert Oto Abesadze sosial şəbəkədə yazıb.

Son vaxtlar larinin dollar qarşısında hər keçən gün dəyər itirməsini şərh edən iqtsiadçı deyib ki, dolların bahalaşması, yanacağın qiymətinin artmasına səbəb olacaq və bundan da yalnız Milli Bank və hökumətin iqtisadi komandası cavabdehdir.

“İstəsək də, istəməsək də, ölkədə ən böyük pul turbulentliyi (Dalğa) bizdədir. Milli Bank larinin məzənnəsini lazım olduğu kimi kəsir, tikir və bütün bunlar ən böyük zərərə çevrilir. Gürcüstan tarixində rekord məbləğ olan 300 milyon dollardan çox vəsait Milli Bank tərəfindən aprel ayında (heç bir səbəb olmadan) bazardan çıxarıldı və bu, gördüyünüz kimi, yəni larinin 10-14 tetri ucuzlaşmasına səbəb oldu. Təbii ki, bu ucuzlaşma dərhal qiymətlərdə özünü göstərdi. Həm yanacaq, həm də məhsullar üzrə, çünki gələcək ehtiyatlar idxalçılar tərəfindən doldurulmalıdır.

İdxalçı, istər yanacaq, istər makaron, 2,5 lari məzənnəsi ilə alıbsa və birdən dolların qiyməti 2,64 olursa, o da dərhal qiyməti qaldırır ki, növbəti ehtiyatların alınması zamanı kəmiyyət qıtlığı olmasın.

Müvafiq olaraq, yanacağın qiymətinin bahalaşmasından yalnız Milli Bank və hökumətin iqtisadi komandası məsuliyyət daşıyır. Vəd edilən ucuz yanacağı inflyasiya və ya larinin devalvasiyası yeyib. Gürcüstanda bir daha iqtisadi islahatlar tələb etmək, yanacağa aksiz vergisini ləğv etmək, ƏDV-ni üzən rejimə keçirmək, lariizasiya layihəsini ləğv etmək və multivalyuta sistemini tətbiq etmək vaxtıdır.Biz həm yanacaq, həm də ərzaq üçün gəlirimizə uyğun qiymətlər tələb etməliyik”, - Oto Abesadze qeyd edib.

ŞƏRH YAZ
2