01.06.2023 16:39
269
Siyasət
A
"Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyir" - Qaribaşvili

Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyir.

Aktual.ge xəbər verir ki, bunu Baş nazir İrakli Qaribaşvili “Avropa siyasi birliyi”nin sammiti öncəsi keçirdiyi brifinqdə jurnalistlərə deyib.

Hökumət başçısı qeyd edib ki, belə təmaslar həm bu ölkələrin, həm də bütün regionun maraqlarına cavab verir:

“Gürcüstan 44 günlük müharibədən sonra İrəvanla Bakı arasındakı təmaslarda vasitəçi kimi çıxış etdi. Tbilisinin mövqeyi və rolu regionda sabitliyin və sülhün möhkəmləndirilməsi kontekstində neytral və qərəzsizdir”, - İrakli Qaribaşvili vurğulayıb.

ŞƏRH YAZ
4