Ərdoğanın gəlirləri və mülkü açıqlandı
01.06.2023 23:27
486
Dünya
A
Ərdoğanın gəlirləri və mülkü açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 5 milyon lirədən (təxminən 250 min dollar) çox borcu, mənzili və torpaq sahəsi var. O, əmanətləri yalnız türk lirəsi ilə saxlayır.

Aktual.ge xəbər verir ki, bu barədə Türkiyənin “Resmi Gazete”sində yayımlanan dövlət başçısının gəlir bəyannaməsində bildirilir.

Bəyannamədən belə çıxır ki, Ərdoğan və həyat yoldaşı 2019-cu ildən İstanbulun Üsküdar rayonunda 7,7 milyon türk lirəsi (370 min dollar) dəyərində bir mənzilə, həmçinin 1988-ci ildən Qara dəniz sahilindəki Rizə vilayətində 0,2 hektar torpaq sahəsinə sahibdirlər. Prezidentin üç bank filialında 1,8 milyon lirədən (86 min dollar) çox vəsaiti var.

Dövlət başçısının həmçinin Mustafa Ərdoğana 5 milyon 390 min lirə (259 min dollardan çox) borcu da var. Yerli media həmin şəxsin siyasətçinin qardaşı olduğunu yazır.

ŞƏRH YAZ
2